Böyük Britaniyadan 1,33 мilyon ABŞ dollarına alınan “James Clark Ross” elmi-tədqiqat buzqıran gəmisi sentyabrın 18-də Danimarkanın Frederikshavn limanından Odessaya yola düşüb.
“Seanews.az” xəbər verir ki, bu vaxta qədər gəminin yenidən qeydiyyatı və sığortalanması, yeni radio çağırışın alınması və s. işlər görülüb.
Ukrayna elmi-tədqiqat donanmasının flaqman gəmisində hazırda iki kapitan var: ukraynalı kapitan və ingilis məsləhətçi-kapitan.
Buzqıran gəmi üç həftə ərzində Şimal dənizi, Aralıq dənizi və Qara dənizi keçəcək. Odessa limanına yan aldıdan sonra gəminin təntənəli təqdimetmə mərasimi olacaq və yeni adı açıqlanacaq.