Çilidə konteynerdaşıyan gəmi karantinə alınıb

218

Heyət üzvlərinin birində koronavirus infeksiyasına yoluxma  təsdiqləndikdən sonra “MSC LAUREN” konteynerdaşıyan  gəmisi karantinə alınıb.

“Seanews.az”-ın məlumatına görə, Panama bayrağı altında üzən gəmi yüklə Çilinin Calyao limanına Perudan gəlib.

“MSC LAUREN” konteynerdaşıyanı artıq müştərilərinə hadisə barədə məlumat verib. Bildirilib ki, karantin müddəti bitənə qədər bütün yüklər göyərtədə qalacaq.