Yük gəmiləri ABŞ-ın ən böyük limanlarının yaxınlığında “ilişib”

65

Təxminən 65 yük gəmisi Amerikanın ən böyük iki limanının yaxınlığında növbədə durmaq məcburiyyətindədir.

“Seanews.az” “BBC News”-a istinadən xəbər verir ki, gəmilər ölkəyə daxil olan bütün yük konteynerlərinin 40%-ni işləyən Los-Anjeles və Kaliforniyanın Lonq-Biç limanlarının yaxınlığında ilişib qalıb. Gecikmə ABŞ-da idxala artan tələbatla bağlıdır. Pərakəndə ticarətlə məşğul olanlar və istehsalçılar sifariş verməyə və yenidən ehtiyat yığmağa tələsdilər, lakin qlobal çatdırılma sistemi onlarla ayaqlaşmaqda çətinlik çəkir. Yalnız Los-Anjeles limanında bu il daşınan yük 2020-ci ilə nisbətən 30% artıb.

Təchizatın gecikməsi oyuncaq, taxta, geyim və ev heyvanları üçün qida çatışmazlığına, istehlak qiymətlərinin artmasına səbəb olub.

Los-Anjeles limanının başçısı Jean Seroka deyib:”Təchizat zəncirinin hər qovşağında gecikmə var. Çatdırılmadakı gecikmələr Milad bayramına qədər davam edə bilər. Los-Anjeles və Lonq-Biç limanları ABŞ-ın əsas dəniz qapılarıdır.