Avstraliya gəmiçilik şirkəti üçün mayeləşdirilmiş təbii qazla işləyən “Ro-Ro” gəmisi inşa ediləcək

242

Avstraliyanın “SeaRoad” gəmiçilik şirkəti və Almaniyanın “Flensburger Schiffbau-Gesellschaft” gəmiqayırma zavodu mayeləşdirilmiş təbii qazla işləyən “Ro-Ro” gəmisinin inşası üçün müqavilə imzalayıblar.

“Seanews.az”-ın məlumatına görə, gəmiqayırma zavodu 210 metr uzunluğunda və 29.30 metr enində gəminin inşası işlərinə bu ilin qışında başlamağı planlaşdırır. 22.5 düyün sürətlə hərəkət edəcək gəminin 2023-cü ilin son rübündə istismara verilməsi razılaşdırılıb. Göyərtəsinə minik avtomobilləri və 100-dən çox yük maşını qəbul edəcək yeni gəmi eyni zamanda, ümumi çəkisi 100 tona qədər olan ağır yükləri daşıya biləcək.

Dəyəri 100 milyon avrodan çox olan layihəni Avstraliya Həmrəylik Bankı maliyyələşdiriləcək.

Qeyd edək ki, hər iki şirkət bir neçə ildir əməkdaşlıq edir. Alman gəmiqayırma zavodu, ilk “Ro-Ro” gəmisini (“MS Searoad Mersey II”) 2016-cı ilin əvvəlində “SeaRoad” şirkətinə təhvil vermişdi.