Bakıda “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının ümumi yığıncağı keçirilib. Yığıncaqda iştirak edən Nəqliyyat , Rabitə, Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev bildirib ki,Orta Dəhlizin mühüm rolu və region ölkələri arasında nəqliyyat əlaqələrinin daha da artırılması sahəsində ümumi maraqlar müzakirə olunub. “İnanıram ki, tariflərin optimallaşdırılması, daşıyıcıların və dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, şəffaflığın təmin edilməsi, tranzit prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi, sayının və müddətinin azaldılması ilə məşğul olan kollegial icra orqanı – Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Beynəlxalq Assosiasiya ilə sıx əməkdaşlığı Orta Dəhlizin rəqabətqabiliyyətliliyinin artırılmasına töhfə verəcək” -deyə, Rəşad Nəbiyev qeyd edib.


