Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Akademiyasında 2021/2022-ci tədris ilinin ilk dərs günü keçirilib.
ADDA tələbələri sırasına bu il qəbul imtahanlarında uğurlu nəticə göstərən daha 175 nəfər qoşulub. Birinci kurslardan 4-ü qız, 171-i oğlan tələbədir. Qəbul olanların 150-si dövlət sifarişi, 25-i ödənişli əsaslarla təhsil alacaqlar. Ödənişli təhsil alan tələbələrdən 4 nəfər “Məcburi köçkün” statusuna malik olduğundan onların təhsil haqqı dövlət tərəfindən ödəniləcək.
Əsas korpusla yanaşı, ADDA-nın 2-ci tədris korpusunda da bu gün dərslər başlayıb.
Xatırladaq ki, dərslər “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”-na uyğun aparılır.
seanews.az