“Caspian Sprinter” teploxodu Rostov-Donun Novoşaxtinski Neft Məhsulları Zavodunun 72 saylı körpüsünə yan alarkən qonşu körpüdə yük əməliyyatına dayanan “Lady Rania” gəmisinə çırpılıb.
“Seanews.az”-ın məlumatına görə, qəza nəticəsində “Lady Rania” teploxodunun sağ bortu əzilib.
Hadisə zamanı dənizçilər zərər görməyib, axıntı və ətraf mühitin çirklənməsi baş verməyib.
Hadisə ilə bağlı araşdırma aparılır.