“Maersk” konteyner istehsalı biznesini satmaq qərarına gəlib

247

“Seanews.az”-ın məlumatına görə, “A.P. Moller – Maersk”, konteyner istehsalı biznesini – “Maersk Container Industry” şirkətini satmağa qərar verib. Alıcı “China International Marine Containers Ltd.”  şirkətidir. 

Razılaşma müqaviləsi sentyabrın 27-də imzalanıb.

Alıcı razılaşmaya əsasən, Sindauda konteyner zavodu və Danimarkadakı bir tədqiqat bölməsi və təcrübə  vahidi də daxil olmaqla  “Maersk Container Industry” şirkətinin  bütün strukturlarını və aktivlərini əldə edir.

Satış qiyməti 987,3 milyon dollardır. Alqı-satqıya qədər “Maersk Container Industry”  həmişəki kimi ayrı bir şirkət olaraq fəaliyyət göstərəcək.

“Maersk Container Industry”  “A.P. Moller – Maersk” şirkətinin tərkibində  1991-ci ildə yaradılıb.

“A.P. Moller – Maersk” “Maersk Container Industry”   ilə əməkdaşlığa davam edəcək və gələcəkdə də “Star Cool” texnologiyasından istifadə edəcək.