Türkiyənin ən böyük dəniz sənayesi tədbiri keçiriləcək

218

Oktyabrın 2-dən 10-dək İstanbulda Beynəlxalq Qayıq Sərgisi ziyarətçiləri qəbul edəcək.

“Seanews.az” xəbər verir ki, “Boat Show Tuzla-2021”  sərgisi Yaxın Şərq, Avropa ölkələri, türk respublikaları, eləcə də Ukrayna və Rusiya nümayəndələrinin diqqətini çəkir. Gəmiqayırma şirkətləri satışların keçən ilə nisbətən təxminən 30 faiz artacağını güman edirlər.

Sərgidə 2021-ci ildə aparıcı şirkətlərin yüksək qiymətləndirilmiş gəmiləri və 2022-ci ilin ən son layihələri yer alacaq.

Sərgidə həmçinin əlverişli qiymətlərlə əldə edilə biləcək 5 metrdən 40 metrədək uzunluqda  200-dən çox gəmi modeli nümayiş etdiriləcək.

Dəniz səyahətini sevənlər hər cür dəniz gəmiləri: lüks meqa-yaxtalar, motorlu qayıqlar, katamaranlar, dəyəri 90 min lirədən başlayan və 1 milyard türk lirəsindən daha  baha yelkənli gəmilər ala biləcəklər.