Gəmilərin gediş və geri dönüşü 28 gün çəkəcək

70

“Yang Ming”şirkəti noyabrın 2-də Şimal-Şərqi və Cənub-Şərqi Asiyadakı limanları birləşdirən yeni Koreya-Çin-Cənub-Şərqi Asiya ekspres xidmətini işə salacaq.

“Seanews.az” xəbər verir ki, gəmilər Pusan – Şanxay – Syamen – Sinqapur – Kelang limanı- Pasir-Qudang – Layem Çabanq – Şekou – Pusan xətti üzrə hərəkət edəcək.  Gəmilərin gediş və geri dönüşü 28 gün çəkəcək.

Xidməti 2500-2800 TEU tutumlu konteynerdaşıyan gəmiləri ilə “Yang Ming”, “Ocean Network Express”, “Korea Marine Transport” və “SITC Container Lines” konsorsiumu təmin edəcək.