Egey dənizində baş verən zəlzələlər dəniz vulkanlarının aktivləşməsinə də səbəb olub

357

Egey dənizində son zamanlar ard-arda baş verən yeraltı təkanlarla bağlı Türkiyənin zəlzələ üzrə mütəxəssisi, ali geofizika mühəndisi professor Övgün Ahmet Ercan açıqlama verib.

AZƏRTAC xəbər verir ki, mütəxəssis adıçəkilən dənizdə meydana gələn yeraltı təkanların həm çoxluğu, həm də gərginliyi baxımından Türkiyənin, xüsusilə Qərbi Anadolu bölgəsinin risk altında olduğunu bildirib.

Açıqlamalarında bir neçə gün əvvəldən bir çox zəlzələni proqnozlaşdıran mütəxəssis bu təkanların dəniz vulkanlarının aktivləşməsinə də səbəb olduğunu deyib.

Bildirib ki, normalda Qərbi Anadolu bölgəsi üçün zəlzələ ehtimalı bütün ölkədə baş verə biləcək yeraltı təkanların 33 faizini təşkil edir. Lakin son zamanlar bu ehtimallar artaraq Şimali Anadolunu keçib. Belə ki, Şimali Anadoluda baş verə biləcək zəlzələ ehtimalı 52 faizdir.