“James Clark Ross” buzqıran gəmisi Odessa limanına yan alıb

215

Yüksək en dairələrə ekspedisiyalar üçün nəzərdə tutulan “James Clark Ross”  elmi-tədqiqat buzqıran gəmisi İngiltərədən alınıb. Odessa buzqıran gəminin daimi qeydiyyat limanı təyin olunub.

“Seanews.az” xəbər verir ki,  dəniz limanının 19 nömrəli körpüsündə buzqıran gəmini Odessa Dəniz Limanı Administrasiyasının, Ukrayna Milli Antarktika Elmi-Tədqiqat Mərkəzinin rəhbərləri, çoxsaylı jurnalistlər qarşılayıblar.

Milli elmi donanmaya qəbul edilməsi və adının dəyişdirilməsi üçün lazım olan bütün prosedurları keçdikdən sonra, buzqıran gəmi Antarktidaya – Ukraynanın “Akademik Vernadskiy”  qütb stansiyasına doğru istiqamət götürəcək.

“James Clark Ross” bundan sonra Ukrayna Milli Antarktika Elmi-Tədqiqat Mərkəzininə  məxsusdur. Aşağı temperaturda işləməyə uyğunlaşdırılmış belə bir gəminin olması elmi-tədqiqat sahəsini əhəmiyyətli dərəcədə genişləndirir. Əslində, bu, 8 km dərinlikdən hər hansı bir nümunə götürmək üçün 8 ixtisaslaşdırılmış laboratoriya və qurğusu olan üzən bir institutdur. Yəni dünya okeanının dibinin demək olar ki, 90%-i bu buzqıran gəmidə işləyən tədqiqatçıların ixtiyarına verilir.