“Seaspan” tutumu 12,2 min TEU olan ilk yeni konteynerdaşıyan gəmisini qəbul edib

43

“Atlas Corp”-a daxil olan “Seaspan” korporasiyası donanmasını tutumu 12,2 min TEU olan yeni konteynerdaşıyan gəmi ilə gücləndirib. Bu, 12,2 min TEU tutumu beş gəminin ilkidir.

“Seanews.az” xəbər verir ki, yeni konteynerdaşıyan gəmi qabaqcıl konteyner xətlərindən birinə 18 il müddətinə icarayə veriləcək.

Qeyd edək ki, “Seaspan”, keçən ilin dekabr ayından etibarən ümumilikdə 839 min TEU tutumlu 70 konteynerdaşıyan gəminin inşası üçün müqavilələr imzalayıb.