SOCAR-ın törəmə müəssisəsi Türkiyə Neft Sənayesi Assosiasiyasının tərkibinə daxil olub

45

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə müəssisəsi “SOCAR Türkiyə” ölkənin Neft Sənayesi Assosiasiyasının (PETDER) tərkibinə daxil olub.

Trend bu barədə Türkiyə KİV-lərinə istinadən məlumat verir.

Hazırda həmin assosiasiyaya “Alpet”, “Aytemiz”, “Belgin”, BP, “Castrol”, “Exxon Mobil”, GO, “Güzel Enerji Akaryakıt”, “Opet”, “Petline”, “Petrol Ofisi”, “Petroyağ”, “Shell”, “Shell & Turcas”, “SOCAR Türkiyə”, “Total Energies” və TP şirkətləri daxildir.

Qeyd edək ki, PETDER-in əsas fəaliyyət istiqamətləri benzin, mayeləşdirilmiş neft qazı və sürtkü yağlarının satışı və tədarükünün təmin olunması, şəffaf, ədalətli və sabit istehsal mühitinin dəstəklənməsi, haqsız rəqabətin qarşısının alınması, istehlakçıların hüquqlarının qorunması və bu sektorda sənaye standartlarının təkmilləşdirilməsidir.