Yeni bərələr 1100 sərnişin və 276 avtomobil daşıya bilir

249

“Austal Philippines” gəmiqayırma şirkəti “Austal Auto Express 118” trimaran tipli yeni “Bañaderos Express” bərəsini sifarişçiyə təhvil verib. Sifarişçi Kanar adalarındakı “Fred. Olsen Express” bərə xəttinin operatorudur.

“Seanews.az”, portnews.ru-ya istinadən xəbər verir ki, bununla da, gəmiqayırma şirkəti iki bərənin inşası ilə bağlı 2018-ci ilin dekabrında imzalanan 190 milyon dollarlıq müqaviləni yerinə yetirib.

“Austal Australia” gəmiqayırma zavodunda inşa edilmiş ilk “Bajamar Express” bərəsi sifarişçiyə 2020-ci ilin iyul ayında təhvil verilib.

Yeni bərələr 1100 sərnişin və 276 avtomobil daşıya bilir. Gəmilərin sürəti 37 düyünü aşır. Bərənin göyərtəsində bir neçə bar, köşk, pərakəndə satış mağazası və uşaq meydançası var.

İkinci bərə Filippin gəmiqayırma zavodundan Kanar adalarına çatdırıldıqdan sonra,  o da “Bajamar Express” gəmisinə qoşulacaq. 2021-ci ilin dördüncü rübündən etibarən hər iki gəmi Tenerif (Santa Kruz) və Qran-Kanariya (Agéte)  adaları arasındakı bərə xəttində səfərlər edəcək.