Şəhid Cavidan Ağayevin atası: “Vətən Sağ Olsun” deməyi bacarmaq… VİDEO

74

Qəhrəman yetişdirə bilmək hər millətə xas xüsusiyyət deyil. Fəxr edə bilərik ki, tariximizin səhifələri bu baxımdan zəngindir.

Qəhrəman övlad yetişdirənlər sırasında həmkarımız, ASCO-nun “Bibiheybət” Gəmi Təmiri Zavodunda işləyən Mirzağa Ağayev də var. Onun oğlu Cavidan Ağayev Vətən müharibəsinin Şəhididir. 

Cavidan Mirzəağa oğlu Ağayev 2001-ci il iyunun 16-da Bakı şəhərində anadan olub. 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Cavidan Ağayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində vuruşub. Cavidan Ağayev oktyabrın 2-də Xocavənd rayonunda gedən döyüşdə alıdığı qəlpə yarası nəticəsində şəhid olub. Bakı şəhəri Badamdar qəbiristanlığında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Cavidan Ağayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Cavidan Ağayev ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.