“Əminəm ki, yaxın vaxtlarda iki işlək gəmi alınacaq. Onların inşasına ehtiyac olmayacaq və dərhal Ukrayna Hərbi Dəniz Qüvvələrinin tərkibinə daxil ediləcək”.
Bu fikri Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristaykon “Dom” telekanalına verdiyi müsahibədə səsləndirib.
Səfirin sözlərinə görə, minaların axtarılması və məhv edilməsi üçün nəzərdə tutulan gəmilər müasir və NATO standartlarına uyğundur. Bundan əlavə, London Kiyevə ölkənin “dənizdəki imkanlarını gücləndirməyə” kömək edəcək raket silahları verəcək və NATO standartlarına uyğun iki yeni dəniz limanının inşasına kömək edəcək. Başlanğıc üçün bir baza Qara dənizdə, digəri isə Azov dənizində olacaq.
“Seanews.az”