İran və Pakistan birgə hərbi dəniz təlimləri keçirəcək

68

İran və Pakistan tərəfi birgə hərbi dəniz təlimləri keçirmək barədə razılığa gəliblər.

Bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri məlumat yayıb.

“Gələcəkdə həm Pakistanın, həm də İranın ərazi sularında birgə dəniz təlimləri keçirmək də daxil olmaqla bir sıra razılıqlar əldə etmişik”, – deyə M. Baqiri vurğulayıb.

Baş Qərargah rəisi, Pakistan donanmasının Çin, Rusiya və İran donanmalarının 2021-ci ilin sonu – 2022 -ci ilin əvvəlinə planlaşdırdığı birgə təlimlərdə də iştirak edəcəyini əlavə edib.

Mənbə: IRNA