ASCO əməkdaşlarının övladlarının “Səbail”in Uşaq Futbol Akademiyasına seçim turu keçirilib

59

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO)  işləyən əməkdaşların övladlarının “Səbail” FC-nın Uşaq Futbol Akademiyasına seçim turu keçirilib.

Seçim 17 oktyabr tarixində Bakı şəhərində, “ASCO Arena”da baş tutub. 

Bir saat ərzində uşaqlar öz texniki bacarıqlarını nümayiş etdiriblər. Bunun üçün onlara “ASCO Arena”da lazımi şərait yaradılıb.

Seçimləri Akademiyanın 5 nəfər məşqçi və 2 nəfər həkim heyəti müşaiyət edib.

Qeyd edək ki, ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin təşkilatçılığı ilə baş tutan seçim turuna 20-dən çox müraciət olub.

Tədbir təşkilatçılarına minnətdarlıqlarını bildirən valideynlər övladlarının bu cür arenalarda futbol oynamasına yaradılan şəraiti yüksək qiymətləndiriblər.   

Qeyd edək ki, ASCO Korporativ Sosial Məsuliyyət (KSM) çərçivəsində ölkəmizdə futbol idman növünün inkişafına dəstək verir. Bu məqsədlə şirkət “Səbail” Peşəkar Futbol Klubuna himayəçilik göstərir.