“HHI” şirkətinə qurucusunun nəvəsi rəhbərlik edəcək

52

Çon Ki-sun “Hyundai Heavy Industries Holdings CEO” və “Korea Shipbuilding & Offshore Engineering” şirkətinin baş direktoru təyin olunub. O, daha əvvəl “Hyundai Global Service” şirkətinin gəmi təmiri şöbəsinə rəhbərlik edib.

“Seanews.az”-ın məlumatına görə, 39 yaşlı Çon Ki-sun  Çanq ailəsinin üçüncü nəslini təmsil edir. “Hyundai” qrupu babası Çon Çju-yon tərəfindən təsis edilib.

Çon Çju-yon 1915-ci ildə Asanda (indiki Şimali Koreyanın ərazisi) kasıb  kəndli ailəsində dünyaya göz açıb. 8 uşağın ən böyüyü olan Çon Çju-yon 16 yaşında atasının inəklərindən birini sataraq düzəltdiyi yol pulu ilə  Seula qaçıb. Sonralar – 1998-ci ildə Şimali Koreyaya humanitar yardım olaraq 1500 baş iribuynuzlu heyvan göndərib.  

1937-ci ildə “Hyundai” imperiyasının gələcək qurucusu düyü mağazası açır və tezliklə bağlamağa məcbur olur. Çon Çju-yon daha sonra yük maşını sürücüsü, çatdırılma müdiri işləyir. Sonra özünün avtomobil təmiri sexini açır. Müharibədən sonra, 31 yaşında, 1960-cı illərin sonunda layihə, inşaat və avtomobil istehsalı sahəsində ixtisaslaşan “Hyundai” şirkətini qurur və 1972-ci ildə gəmiqayırma ilə məşğul olmağa qərar verir. Gəmiqayırma zavodunun inşası başa çatmamış “VLCC” tankeri üçün ilk sifarişini qəbul edir və gəmini vaxtında təhvil verir.

Çon Çju-yon 2001-ci ildə vəfat edir. Ölümündən sonra, ailə üzvləri arasında yaratdığı biznesə nəzarət etmək uğrunda mübarizə başlayır…