Bakı Limanı Qazaxıstanda keçirilən sərgidə iştirak edir

53

Qazaxıstanın Aktau şəhərində keçirilən 2-ci “Xəzər limanları və gəmiçilik 2021” sərgi və konfransında Bakı Limanı da təmsil olunur. Aktau limanı və Qazaxıstanın “Kazmortransflot” Milli Dəniz Gəmiçiliyi şirkətinin birgə təşkil etdikləri 3 günlük tədbir çərçivəsində, liman və logistika sahəsində fəaliyyət göstərən 30 şirkət təmsil olunur. Sərgidə milli ornamentlərdən də istifadə olunaraq dizayn edilmiş Bakı Limanının stendinə böyük maraq var. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin əməkdaşları sərgi iştirakçılarına, limanın texniki imkanları və göstərdiyi xidmətlərlə barədə geniş məlumatlar verir.