Dairəvi səfər 84 gün davam edəcək

268

“HMM”gəmiçilik şirkəti, Asiya, Hindistan və Latın Amerikasını birləşdirən yeni “Far East-India-Latin America Service” (FIL) xidmətini təqdim edir. 

“Seanews.az”-ın məlumatına görə, gəmilər Pusan – Şanxay – Ninbo – Şekou – Sinqapur – Kattupalli – Durban – Santus – Paranaqua – İtapoa – Naveqantis – Buenos-Ayres – Montevideo – Sinqapur – Honkonq – Pusan xətti üzrə hərəkət edəcək.

Yeni xətdə ilk səfərə 5000 TEU tutumlu “Hyundai Platinum” konteynerdaşıyan gəmisi çıxacaq. Gəmi dekabrın 7-də Pusandan yola düşəcək.

Dairəvi səfərin (gediş-dönüş) 84 gün davam edəcəyi bildirilir.