Qazaxıstan parlamenti Xəzər dənizi ilə bağlı sənədi təsdiqlədi

65

Qazaxıstan Parlamenti Senatının (yuxarı palata) deputatları Xəzər dənizinin torpaq mənbələrindən və quruda aparılan işlər nəticəsində çirklənmədən qorunması ilə bağlı protokolun ratifikasiyasını təsdiqləyiblər.

Daha əvvəl sənəd ölkə parlamentinin məclisi (aşağı palatası) tərəfindən təsdiqlənib. Sənəd çirklənmə mənbələrinə nəzarət tədbirlərinə əsaslanan regional və milli proqramların və ya fəaliyyət planlarının qəbul edilməsini nəzərdə tutur.

Protokolun əsas məqsədi Xəzər dənizinin ekoloji cəhətdən sağlam dəniz mühitini əldə etmək və qorumaq üçün dəniz ətraf mühitinin quruya əsaslanan mənbələrdən çirklənməsinin qarşısını almaq, azaltmaq, nəzarət etmək və aradan qaldırmaqdır.

Mənbə: “RİA Novosti”