Ukrayna dəniz limanlarında yükaşırmada mənfi dinamika tədricən azalır

58

2021-ci ilin yanvar-sentyabr aylarında Ukraynanın dəniz limanlarında  106 milyon 132 min ton yük aşırılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10.7% (12.67 milyon ton) azdır.

“Seanews.az”-ın məlumatına görə,  hesabat dövründə 81,4 milyon ton ixrac yükləri (2020-ci ilin eyni dövrü ilə müqayisədə 10,6% az), 17,16 milyon ton idxal (-5%), 6,1 milyon ton tranzit yükləri (-20,1%), 1,36 milyon ton (-28,9%) kabotaj yükləri işlənib.

Doqquz ayda limanlarda 27,8 milyon ton daş kömür və 31,6 milyon ton taxıl aşırılıb.

İlin əvvəlindən neft məhsullarının nəqli 50,8% artaraq 1,32 milyon tona çatıb.  

Dəniz limanlarının konteyner dövriyyəsi 2% azalaraq 760 597 TEU təşkil edib.

2020-ci ildə Ukraynanın dəniz limanlarının yük dövriyyəsi 158.86 milyon ton təşkil edib ki, bu da 2019-cu ilin yekun göstəricisindən 0.7% aşağıdır.