Azərbaycan neftinin qiyməti 88 dolları ötüb

258

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,5 ABŞ dolları, yaxud 1,73 % artıb.

“Report” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 88,19 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.