Bakı ilə Türkmənbaşı limanları arasında görüş keçirilib

72

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Türkmənbaşı Beynəlxalq Dəniz Limanı nümayəndələri arasında videoformatda görüş keçirilib.

“Report” xəbər verir ki, Türkmənistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı və iştirakı ilə keçirilən görüşdə əsas etibarilə konteyner daşımalarında əlaqələrndirmə və əməkdaşlıq məsələləri, bütövlükdə Türkmənbaşı – Bakı – Poti marşrutu ilə yükdaşımalar, habelə İT tətbiqi məsələləri müzakirə olunub.

Bununla yanaşı, iki ölkənin dəniz limanları arasındakı əməkdaşlığın bundan sonrakı hədəflərinə dair müzakirələr aparılıb. Pandemiya dövründə yüldaşımalarda sanitariya epidemiologiya, sərhəd, gömrük xidmətləri arasında yaxından əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

Hər iki limanın rəhbəri Xəzər regionu ölkələri arasında qarşılıqlı əməkdaşlıq və yardımlaşmanın inkişafına tərəfdar çıxaraq nəqliyyat dəhlizinə yüklərin cəlb olunmasının vacibliyini bildiriblər.