Riqa limanında sualtı dronların istifadəsi üçün hazırlanan proqram test olunur

300

Riqa limanında sualtı dronların məsafədən idarə olunması üçün proqram təminatının testi aparılır.

“Seanews.az” xəbər verir ki, gələcəkdə belə dronlardan 150 metrə qədər dərinlikdə  yerləşən hidrotexniki qurğuların tikintisi, yoxlanması və onlara texniki qulluğun aparılması işlərində istifadə edilməsi nəzərdə tutulur.

Ölçüsü çox da böyük olmayan dron suyun dibindəki infrastrukturun texniki vəziyyəti haqqında dəqiq məlumat əldə edərək onu analiz edir və hesabat hazırlayır.

“DronePlan” şirkətindən verilən məlumata görə, belə dronlar sualtı işlərin daha tez və ən əsası təhlükəsiz aparılması üçün imkan yaradır. Belə ki, qış aylarında dalğıcların işləməsinin çətin, bəzi hallarda mümkün olmadığı hallarda, eləcə də əlverişsiz məkanlarda bu dronlardan istifadə edilə bilər.