Gürcüstan sularında Çin bayrağı altında üzən gəmi cərimələnib

57

Çin bayrağı aıtında üzən Hong fa shang hai gəmisi Gürcüstanın ərazi sularında gəmiçilik qaydalarını pozma səbəbindən saxlanılıb.

Trend xəbər verir ki, qayda pozuntusuna görə gəminin kapitanı cərimələnib.

Cərimənin məbləği təqribən 16 min dollar (50 min lari) təşkil edib. Göstərilən məbləği ödəyəndən sonra gəmi marşrutuna davam edib.