Gənclər və İdman Nazirliyi yeni istifadəyə verilmiş, aşağıda adları qeyd edilən tabe qurumların rəhbər vəzifələrinə sənəd qəbulu elan edir:
- “Tərtər Olimpiya İdman Kompleksi” MMC-nin direktoru;
- “Goranboy Olimpiya İdman Kompleksi” MMC-nin direktoru.
“- Olimpiya İdman Kompleksi” MMC-nin direktoru vəzifəsinə namizədlər aşağıdakı tələblərə cavab verməlidir:
- ali təhsil;
- idman sahəsində 2 il olmaqla, ümumi 6 il iş stajı;
- yaşı həddi 50-dək.
- “Biləsuvar Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru;
- “Zərdab Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru;
- “Ağstafa Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru.
“- Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru vəzifəsinə namizədlər aşağıdakı tələblərə cavab verməlidir:
- ali təhsil;
- gənclərlə iş sahəsində 2 il olmaqla, ümumi 3 il iş stajı;
- yaşı həddi 35-dək;
- minimum 1 xarici dil bilmək.
? Təqdim ediləcək sənədlər: - CV foto ilə (CV-də iddia edilən vəzifənin adı qeyd olunmalıdır)
- Şəxsiyyət vəsiqəsinin surəti;
- ali təhsil haqqında diplomun surəti;
✅ Sənədlər 25 oktyabr 2021-ci il il tarixindən Gənclər və İdman Nazirlyinin Regionlarla iş və kadrlar şöbəsinə, elektron formada isə elan@mys.gov.az ünvanına göndərilməlidir.
⏳ Müraciət üçün son tarix: 05 noyabr 2021-ci il
? Əlavə məlumat üçün telefon: (012) 465-65-71
Ünvan: Bakı, AZ1072,Olimpiya küçəsi, 4