Qanunsuz ov edən şəxslər cərimələnib

84

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən 27-28 oktyabr tarixlərində keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizi sahillərində və Yuxarı Mil-Qarabağ kollektorunda qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Trend-in məlumatına görə, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Neftçala rayon sakinləri Qardaş Nəzirov, Natiq Mikayılov, Rəsul Səmədov, İbrahim Əliyev, Eldəniz İbrahimov, Səmədağa Mənəfov, İlham Bağırov, Amil Bayramov, Ağcabədi şəhər sakini Batil Mirzəyev olduğu müəyyən edilib.

Faktla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və brakonyerlər ümumilikdə 6300 manat məbləğində cərimələnib.

Eyni zamanda, ayrı-ayrı rayonların inzibati ərazisində qanunsuz ov edən Cəlilabad rayon sakini Məzahir Məmmədov, Oktay Tomarov, Fərman Əliquliyev, Göyçay rayon sakinləri Vüsal Dadaşov, Əflatun Bədirov, Vasif Nəsirov, Rafael Hacıyev saxlanılıb və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktla bağlı akt, protokol tərtib olunub və brakonyerlər ümumilikdə 7000 manat məbləğində cərimələnib.