Qütb parıltısını ABŞ və Avropada görmək olacaq

56

Oktyabrın 28-də Günəşdə böyük partlama baş verib. Həmin partlama oktyabrın 30-da Yerin səthinə çataraq güclü geomaqnit qasırğasına gətirib çıxardı və qütb parıltısının effektini artırıb.

Trend-in məlumatına görə, bu barədə CNN televiziya kanalı bildirib.

Məlumata əsasən, qütb parıltısı şənbə və bazar günləri ABŞ və Avropada görüləcək.

“Associated Press” agentliyi bildirib ki, baş verən partlama Cənubi Amerikanın bəzi yerlərində yüksək tezlikli radionun kəsilməsinə də səbəb olub.

Alyaska Universiteti proqnozlaşdırır ki, qütb parıltısını yaxşı havada Portlenddən (Oreqona ştatı) Nyu-Yorka qədər görünə bilər. Onu Karson-Siti (Nevada ştatı), Oklaxoma-Siti və Rolidə (Şimali Karolina ştatı) də görmək mümkün olacaq. Yaxşı hava şəraitində Avropada qütb parıltısını Norveç, İsveç, Finlandiya, Cənubi Şotlandiya və Rusiyada görmək olacaq.