ABŞ dəniz donanmasının flaqman gəmisi Qara dənizə doğru yan alıb

62

ABŞ Hərbi Dəniz Donanmasının “Mount Whitney” flaqman komandanlıq gəmisi NATO-ya üzv dövlətlərin qüvvələri ilə birlikdə əməliyyat keçirmək məqsədi ilə Qara dənizə doğru hərəkət edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Altıncı Donanması tviter səhifəsində bildirib.

Məlumata görə, ABŞ-ın Hərbi Dəniz Qüvvələri NATO qüvvələrinin dəstəyi ilə Aralıq və Qara dənizlərində müttəfiqlər və başqa tərəfdaş dövlətlərlə birlikdə əməliyyat keçirəcək.

Altıncı Donanmanın mənzil-qərargahı İtaliyanın Neapol şəhərində yerləşir.