İstanbul boğazında 102 metr uzunluğuna malik kargo gəmisi maşın şöbəsindəki problem səbəbindən nəzarətdən çıxaraq sahilə doğru dreyf edib.
“Seanews.az” xəbər verir ki, heyət üzvləri lövbər ataraq gəmini sahilə 50 metr qalmış dayandıra bilib.
Dərhal sahil təhlükəsizliyi əməkdaşları əraziyə göndərilib. Gəmi yedəklərin köməkliyi ilə Ahırkapı sahillərinə aparılıb.