Ötən ay gəmi qəzalarının sayında artım qeydə alınıb

69

Cari ilin oktyabrında gəmi qəzalarının və dənizçilər arasında ölüm hallarının sayı sentyabrla müqayisədə çoxalıb.

“Seanews.az” xəbər verir ki, bu barədə məlumat “MB Daily”-nin hesabatında yer alıb.

Hesabata əsasən, ötən ay 87 gəmi qəzası baş verib, 19 dənizçi həyatını itirib. Sentyabrda isə 87 gəmi qəzası qeydə alınıb, ölüm hallarının sayı 14 olub.

Oktyabrda dəniz quldurlarının gəmiyə hücumları nəticəsində üç nəfər əsir götürülüb. Sentyabrda isə bir dənizçi qaçırılıb.

“MB Daily”-nin statistikasına görə, oktyabrda bir gəmi, sentyabrda iki gəmi batıb.

Xatırladaq ki, hesabata kiçik və ya nəticələri qısa müddətdə aradan qaldırılan gəmi qəzaları daxil edilməyib.