Türkiyəli nazir “Kanuni”, “Yavuz” və “Fatih” gəmilərinə xərclənən ümumi məbləği açıqlayıb

216

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz “Kanuni”, “Yavuz”, “Fatih” qazma gəmilərinin Türkiyə üçün ümumilikdə 744,5 milyon dollara başa gəldiyini açıqlayıb.

Nazir gəmilərin qiymətinin hazırda çox baha olduğuna diqqət çəkib: “Bu gün sifariş versəniz, 798 milyon dollara cəmi bir gəmi ala bilərsiniz. Biz bir gəmi yerinə üçünü aldıq. Gəmiləri icarəyə götürsəydik bir dənə də qazma əməliyyatı icra edə bilməzdik”.

Fatih Dönməz qeyd edib ki, hazırda Qara dənizdə qazılan ilk quyuda ciddi işlər gedir. Üçüncü gəmimiz də oraya cəlb edilib. Bu ilin sonunda və ya gələn ilin əvvəlində qonşu ərazidə də kəşfiyyat məqsədilə qazma işlərinə başlanacaq. Qara dənizdən qaz gözləntimiz elan etdiyimiz həcmdən də çoxdur. Cümhuriyyətin 100-cü il dönümünə vətəndaşlarımızı yerli qazla təmin etmək niyyətindəyik.

Seanews.az