Almaniyanın qeyri-hökumət təşkilatının (QHT) “Sea Eye 4” gəmisi Aralıq dənizində xilas edilmiş 847 miqrantı bazar günü (7 noyabr – Red) Siciliyanın Trapani limanına çatdırıb.
“Report” xəbər verir ki, Bu barədə “RaiNews24” telekanalı məlumat yayıb.
Liman rəhbərliyinin məlumatına görə, qaçqınlar arasında 170 azyaşlı, o cümlədən 20-yə yaxın on yaşınadək uşaq, ikisi hamilə olmaqla 53 qadın var.
Gəminin həkimi Daniel Klyayin xilas edilən təxminən 200 nəfərə tibbi yardım göstərməli olub. Onların bir çoxunda müxtəlif yaralar və döyülmə izləri aşkarlanıb. İlkin tibbi yoxlanışdan və koronavirus testindən keçdikdən sonra onlar əvvəllər karantin üçün bu limana gəlmiş iki gəmiyə yerləşdiriləcəklər.