“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) Müşahidə Şurasının iclası keçirilib

63

Müşahidə Şurasının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin üzvlərinin iştirak etdiyi iclasda iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində fiskal dayanıqlılığın təmin olunması, gəlirlərin və xərclərin proqnozlaşdırılmasına və icrasına nəzarətin daha da gücləndirilməsi, habelə bu sahədə idarəetmənin təkmilləşdirilməsi və şəffaflığın artırılması məqsədilə yaradılmış  iri dövlət şirkətlərinin gəlir və xərclər smetaları üzrə Komissiyaya təqdim ediləcək ASCO-nun 2022-ci il üzrə gəlir və xərclər smetası müzakirə edilərək müəyyən rəylər nəzərə alınmaqla Müşahidə Şurası tərəfindən bəyənilib.

İclasda həmçinin sözügedən smetada əksini tapan göstəricilərin Cəmiyyətin yükdaşıma fəaliyyəti; Azərbaycanda, eləcə də Azərbaycandan kənarda neft-qaz əməliyyatlarına dair xidmətlər; Cəmiyyətin Xəzərdən kənar fəaliyyət göstərən gəmilərinin fəaliyyəti; korporativ sosial məsuliyyət layihələri və digər istiqamətlər üzrə mövcud tendensiya və gözləntilər, risklər və onların idarə edilməsi imkanlarına dair proqnozların Cəmiyyətin gəlir və xərc göstəricilərinə təsiri və ötən illərin müvafiq göstəriciləri ilə müqayisəsi əyani şəkildə göstərilmiş müfəssəl təqdimatı ətrafında müzakirələr aparılıb.

 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 fevral tarixli Sərəncamına əsasən yaradılıb.

asco.az