2022-ci ilin fevral ayından Süveyş kanalından keçid qiymətləri 6 faiz artırılacaq.
“Seanews.az” xəbər verir ki, bu barədə Süveyş Kanalı İdarəsindən məlumat verilib.
Məlumatda bildirilib ki, dəyişiklik turizim sahəsində fəaliyyət göstərən və təbii qaz daşıyan gəmilərə şamil edilməyəcək.
Qeyd edək ki, cari ildə Süveyş kanalının gəlirləri ötən ilin 9 ayı ilə müqayisədə 11,6 faiz artıb.