Dünyanın ən böyük batareya tutumuna malik sərnişin gəmisi “Havila Capella” Türkiyədən Norveçə doğru yola çıxıb.
“Seanews.az” xəbər verir ki, batareya ilə işləyən gəminin uzunluğu 124, eni 22 metrdir.
Türkiyədə Yalova-Altınova Tərsanələr Bölgəsində inşa olunan üzən vasitə 6500 kWs batareya tutumuna malikdir.