ADDA-da dekabr 15-də saat 15.00-da “Gəmiçilik və su nəqliyyatının istismarı” (3319.02) ixtisası üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkdir.
İmtahanda iştirak etmək üçün iddiaçılar şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər.
İxtisas fənni üzrə fəlsəfə doktoru imtahanının müddəti 2 saat 30 dəqiqədir. İddiaçı sualları 2 saat ərzində cavab vərəqində yazılı, 30 dəqiqə ərzində imtahan komissiyasının üzvləri qarşısında şifahi qaydada cavablandırır.
İxtisaslar üzrə doktorluq imtahan suallarını buradan yükləyə bilərsiniz: Yüklə
adda.edu.az