İlk sertifikatlaşdırılmış avtonom gəmi Şimal dənizinə yola düşüb

53

İlk sertifikatlaşdırılmış “Blue Essence” (Fugro) heyətsiz (avtonom) gəmisi Roterdamdan Şimal dənizinə yola düşüb. 

“Seanews.az” xəbər verir ki, bu gəmidən eROV sualtı elektrik robotunu işə salmaq üçün platforma kimi istifadə olunması nəzərdə tutulub. Bununla belə, üzən vasitədən dəniz qurğularına baxış keçirilməsində, tikinti işlərində,  hidroqrafik və geofizik əməliyyatlarda istifadə ediləcək.

Heyətsiz gəminin avadanlıqları yoxlama sınağından keçəcək. Gəminin və sualtı robotun bütün əməliyyatları peyk vasitəsi ilə idarə olunacaq.

Gəminin sahibi olan “Fugro” şirkəti Yer kürəsi haqqında coğrafi məlumatların və tikilmiş obyektlər haqqında məlumatların toplanması və işlənməsi sahəsində aparıcı müəssisələrdən hesab edilir. Bu məlumatlardan tikinti obyektlərinin təhlükəsiz layihələndirilməsi, tikintisi və istifadə edilməsi üçün istifadə olunur.