SOCAR: “İnternetlə qazanc əldə etmək imkanları təklif etmirik”

62

İnternet dələduzları növbəti dəfə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və başqa şirkətlərin adından insanlara hədiyyə udmaq, qazanc əldə etmək imkanları barədə məlumatlar göndərməyə başlayıb.

“Report”un məlumatına görə, bu barədə SOCAR-ın açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir k, adətən bu cür internet dələduzluğunun məqsədi insanların şəxsi məlumatlarını əldə etmək olur.

“SOCAR qətiyyətlə bəyan edir ki, internetlə sorğu və yaxud müsabiqələr keçirməklə hədiyyə udmaq, qazanc əldə etmək imkanları təklif etmir. Şirkətin elanları yalnız socar.az saytında dərc olunur. Hər kəsə dələduzların toruna düşməmək üçün ehtiyatlı olmağı tövsiyyə edirik”, – deyə şirkət bəyan edib.