Yeni axın: Meqa-yaxtalar yenidən populyarlaşırlar

479

Koronavirus pandemiyasının yaratdığı durğunluqdan sonra yaxta biznesi yenidən aktuallaşmağa başlayıb. 

“Seanews.az” xəbər verir ki, cari ilin ilk 6 ayı ərzində uzunluğu 30 metrdən çox olan bu tip gəmilərin satışı pandemiyaya qədərki dövrə uyğun 8 faiz artıb. Bu il suya 200-dən çox yeni meqa-yaxta buraxılıb. 2022-ci ilin sonuna qədər isə 330-dən çox yeni yaxta istehsal olunmalıdır. Gəmi tikintisi şirkətləri artımı karantin rejiminin yumşaldılması ilə əlaqələndirirlər. Onların fikrincə, məhdudiyyətlər səbəbindən dəniz səfəri edə bilməyənlər bunun “əvəzini” çıxır. Yaxtanın icarəsində də bahalaşma müşahidə olunur. Hazırda Yunanıstan və ya İtaliya sularında 12 nəfərlik yaxta icarəsi 300-500 min avrodan başlayır.