Azərbaycanda dəniz nəqliyyatı ilə yük və sərnişin daşınmaları azalıb

56

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 4 481,7 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,2% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bu nəqliyyat növü ilə daşınmış yüklərin 34,7%-i neft yükləri təşkil edib.

Məlumata görə, hesabat dövründə dəniz limanları tərəfindən 7 327,9 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 7 010,5 min tonunu və ya 95,7% tranzit yüklər təşkil edib.

“2021-ci il noyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 193,7 min ton olub”, – məlumatda deyilir.

Qeyd olunur ki, dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2020-ci ilin müvafiq dövrünə nisbətən 22,8% azalaraq 14,2 min nəfər olub.