Türkiyə dəniz donanmasına dördüncü qazma gəmisini əlavə etməyə hazırlaşır.
“Seanews.az” Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, TPAO bununla bağlı Cənubi Koreyanın “Daewoo” şirkəti ilə müqavilə bağlayıb.
Qlobal dənizçilikdə 7-ci nəsil “Cobalt Explorer” olaraq tanınan gəmi hazırda istehsal mərhələsindədir.
Üzən vasitə təhvil verildikdən sonra Qara dənizdə təbii qaz yataqlarında fəaliyyətə cəlb olunacaq.