“West Cobalt” Türkiyənin dördüncü qazma gəmisi olacaq

47

Türkiyə dəniz donanmasına dördüncü qazma gəmisini əlavə etməyə hazırlaşır.

“Seanews.az” Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, TPAO bununla bağlı Cənubi Koreyanın “Daewoo” şirkəti ilə müqavilə bağlayıb.

Qlobal dənizçilikdə 7-ci nəsil “Cobalt Explorer” olaraq tanınan gəmi hazırda istehsal mərhələsindədir.

Üzən vasitə təhvil verildikdən sonra Qara dənizdə təbii qaz yataqlarında fəaliyyətə cəlb olunacaq.