Azov dənizinin altında içməli su təbəqələri aşkarlanıb

60

Azov dənizinin altında bir neçə plast içməli su tapılıb.

Bu barədə Rusiya Baş nazirinin müavini Marat Xusnullin xəbər verib.

Xusnullinin sözlərinə görə, nümunələrin yekun nəticələri 2022-ci ildə alınacaq.

“Yaxşı xəbər var, Azov dənizinin altında su tapılıb. Bir neçə təbəqə aşkar edilib. Suyun bir hissəsi minerallaşdırılmış duzla qarışıb, lakin bizdə artıq son nümunələr var – içməli sudur”, – deyə RF Baş nazirin müavini bildirib.

Mənbə: TASS