Bu şirkətlər işçi yığır: əmək haqqı 300-4000 manat – 11 VAKANSİYA

667

VAKANSİYA 1

Ultra Technologies

Satış üzrə mütəxəssis

Son tarix 16 dek 2021 

Vəzifə öhdəlikləri:

  • Şirkət məhsullarının satışının təşkili
  • Potensial müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və müştərilərlə işgüzar əlaqələrin qurulması;
  • Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumatın verilməsi
  • Müəyyən edilən satış hədəflərini, planını yerinə yetirilməsi;
  • Müştəri xidmətini və məmnuniyyətinin təmin edilməsi

Namizədə tələblər:

  • Təhsil: Ali  təhsil
  • Tələblər: Bu sahədə ən azı 1 il iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan və Rus dilində səlis danışıq qabiliyyəti  (ingilis dili arzu olunandır)
  • Kompüter bilikləri;
  • Müştəri ilə ünsiyyət qurmaq bacarığı;
  • Punktual, aktiv, çəvik və ünsiyyətcil olmalı;
  • Kreativlik, analitik bacarıq;
  • Məqsədyönlü və işinə məsuliyyətli yanaşan;
  • Kollektivlə işləmə bacarığı.

İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00-dan 18:00-dək (Şənbə və Bazar günü istirahət günü) 

Əmək haqqı 800-1000 azn

Yuxarıda qeyd olunan tələblərə uyğun olan namizədlərdən mövzu yerində  “Satış üzrə mütəxəssis” qeyd edərək öz CV-lərinizi göndərməyiniz xahiş olunur (hr@ultra.az).

VAKANSİYA 2

Para BOKT

Satış üzrə mütəxəssis

Son tarix 16 dek 2021 

Bakı, Ağdaş, Mingəçevir, Göyçay, Yevlax, Xaçmaz, Goranboy, Qəbələ, Lənkəran, Astara filialları.

Əsas vəzifələr:

  • Aktiv satış təbliğatının aparılması və potensial müştərilərin axtarışı;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
  • Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq və rəsmiləşdirmək;
  • Yeni kredit məhsulları və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlıq göstərmək;
  • Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
  • Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.

Namizədə olan tələblər:

  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Ali təhsil/ natamam ali təhsil;
  • Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
  • Cins: kişi (arzu olunandır)
  • Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) və lombardlarda işləyən namizədlərə üstünlük verilir
  • Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;

Bazar ertəsi – Cümə: 09:00 – 18:00

Şənbə: 10:00-16:00

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Satış üzrə mütəxəssis” başlığı ilə göndərməkləri xahiş olunur.

Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir (vakansiya@parabokt.az).

VAKANSİYA 3

Baku Cargo

Bəyannaməçi və broker

Son tarix 16 dek 2021 

Tələblər:

  •  Yaş həddi: 20- 35
  • Ali təhsil

Vəzifələr:

  • Bəyannamə yaza bilən;
  • Excel sərbəst işləmək bacarığı
  • Azərbaycan Respublikasının Dövlət Gömrük Rəsmiləşdirilməsi üzrə mütəxəssisin İxtisas Attestatı
  • Azərbaycan Respublikasının Gömrük qanunvericiliyinin yaxşı səviyyədə bilmək, elektron məlumat bazasında (asan imza) bəyannamələrlə işləmək təcrübəsinin olması
  • Gömrük bəyannaməsinin və nəqliyyat sənədlərini düzgün və cəld şəkildə tərtibi.
  • Gömrük Bəyənnamələrinin elektron qaydada doldurulması və elektron imza ilə təsdiqlənməsi
  • Yolda olan yüklər üçün qısa idxal bəyannamələrinin rəsmiləşdirilməsi
  • Gömrük rüsumlarının əvvəlcədən hesablanması

İş qrafiki: həftədə 5 gün

Əmək haqqı: Razılaşdırma əsnasında

Müraciət qaydaları: e-mailin mövzu hissəsində “Bəyannəməçi” yazıb CV göndərməklə müraciət edilir (info@bakucargo.com).

VAKANSİYA 4

NOVCO Group of Companies

Marketing mütəxəssis

Son tarix 16 dek 2021 

Vəzifə öhdəlikləri:

  • Bazarda trendlərin və rəqiblərin araşdırılması, analizlərin aparılması
  • Brendlər üzrə Marketinq startegiyasının və media planın hazırlanaraq Marketinq departamentinin rəhbərinə təqdim edilməsi
  • Satış hədəflərinə çatmaq məqsədilə marketinq təkliflərinin hazırlanması
  • Reklam layihələrinin idarə edilməsi
  • Sosial medianın idarə ediləsi və inkişaf etdirilməsi
  • PR və Eventlərin təşkili və idarəedilməsi 

Tələblər:

  • Təhsil: Ali
  • Yaş həddi: 25-35
  • Dil bilikləri: Azərbaycan dilini mükəmməl bilməli, ingilis dili biliyi və rus dili biliyi arzuolunandır
  • Kompüter bilikləri: MC Office sərbəst işləmə bacarığı
  • İş təcrübəsi: Marketinq sahəsində 2 ildən az olmayan iş təcrübəsi
  • Yüksək kommunikasiya və təşkilatçılıq qabiliyyəti
  • Moda sahəsinə maraq

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “ Marketing mütəxəssis” qeyd edib göndərilməsi xahiş olunur (career@novco.com).

VAKANSİYA 5

Ferrum Capital

İlkin təqib üzrə kiçik mütəxəssis

Son tarix 16 dek 2021 

Hansı özəlliklərə malik olmalıdır?

  • 21-29 yaş aralığında gənclər
  • Ali təhsil
  • Əla səviyyədə azərbaycan dili (Rus dili biliyi üstünlükdür)
  • Stresə davamlılıq, təmkinlilik, tələbkarlıq
  • Çevik qərar qəbuletmə, nəticə yönümlülük

İlkin təqib üzrə kiçik mütəxəssis nə iş görür?

  • Gecikmədə olan faktorinq portfellərinin təqib edilməsi
  • Faktorinq xidməti üzrə gecikməsi olan müştərilərlə əlaqə yaradılması
  • Gecikmə səbəblərinin araşdırılması və sistemə qeyd edilməsi
  • Faktorinq üzrə ödənişlərin qaytarılmasının təmin edilməsi

Əlavə məlumat:

  • Bazar ertəsi – Cümə: 09:30 – 18:30
  • Şənbə: 10:00 – 14:00
  • Əmək haqqı: 300 AZN + Bonus

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “İlkin təqib üzrə kiçik mütəxəssis” qeyd etməklə göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq (hr@ferrumcapital.az).

VAKANSİYA 6

Mover LLC

İnsan resursları üzrə aparıcı mütəxəssis

Son tarix 16 dek 2021 

Vəzifə öhdəlikləri:

  • İşçinin işə qəbulu, vəzifə dəyişikliyi, işdən azad və s. müvafiq proseslərinin bilavasitə Əmək Qanunvericiliyinə uyğun olaraq həyata keçirilməsi;
  • İşçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, məzuniyyət qrafiklərinin tərtib edilməsi, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə ümumi proses olaraq nəzarət edilməsi;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və əmək kitabçalarının doldurulması;
  • Əmək müqaviləsinin şərtlərini və müəssisədaxili intizam qaydalarını pozduğu təqdirdə işçilərin izahatlarının alınması və müvafiq intizam tədbirlərinin görülməsi;
  • İşə qəbul prosesinin aparılması;
  • Aylıq olaraq işçilərin davamiyyətlərinə nəzarət edilməsi və davamiyyətsizlik hallarında müvafiq tədbirlərin görülməsi, tabelin hazırlanması;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların öz səlahiyyəti çərçivəsində yerinə yetirilməsi.

Tələblər:

  • Ali təhsil;
  • İnsan resursları sahəsində minimum 2 illik iş təcrübəsi; 
  • Mükəmməl səviyyədə Azərbaycan dili, orta səviyyədə ingilis dili;
  • Microsoft Ofis proqramlarından sərbəst istifadə bacarığı;
  • Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
  • Məsuliyyətli, çevik və səbirli olmalı;
  • Analitik düşüncə və problemləri həll etmə bacarığı;
  • Komandada işləmək bacarığı.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnsan resursları üzrə aparıcı mütəxəssis” qeyd edərək göndərə bilərlər (cv@mover.az).

VAKANSİYA 7

Food Packing MMC

Xarici təchizat üzrə mütəxəssis

Son tarix 16 dek 2021 

 İş barədə məlumat:

  • Təchizat proseslərinin hazırlanması, yerinə yetirilməsi və icra olunmasının idarə edilməsi
  • Maya dəyərinin azaldılması və ən uyğun seçimin edilməsi
  • Təchizat işi və dəyişikliklərlə bağlı təchizat üzrə müdürə məlumat verilməsi
  • Satınalma sifarişlərin açılması və icra olunması
  • Yerli bazara baxış keçirilməsi
  • Müqavilə və ödəniş sənədlərinin hazırlanması
  • İş qrafiki: 6 gün, Həftə içi 09:00-dan 18:00-dək,Şənbə 09:00-dan 17:00-dək

Namizədə tələblər:

  • Yaş həddi 21-35
  • Cinsi-Qadın
  • Ali təhsil
  • Azərbaycan,rus, dili bilikləri – əla səviyyədə,İngilis dili – orta
  • İşgüzar danışıq və yazışma aparma qabiliyyəti
  • Bu sahədə iş təcrübəsi minimum 1-3 il
  • Nahar şirkət tərəfindən ödənilir
  • Əmək haqqı kandidatın bilik və bacarığına uyğun dəyişir (purchase@foodpacking.az)

VAKANSİYA 8

Grand Agro MMC

SƏTƏMM üzrə baş mütəxəssis (Maaş: 1200 – 1400 AZN)

Son tarix 16 dek 2021 

Vəzifə öhdəlikləri:

  • İş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nəzarətin təmin edilməsi
  • İş yerində baş vermiş iş qəzaları , xəsarətlərin səbəblərinin analizı və qarşısının alınması üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsinin təşkili
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanması
  • Təlimat jurnallarının imzalanmasına nəzarət edilməsi
  • Peşələr üzrə SƏTƏMM təlimatlarının hazırlanmsı
  • Tibbi vasitələrin istifadəsi üzrə hesabatların hazırlanması
  • İşə qəbul olunan yeni işçilərə , o cümlədən dövrü olaraq mövcud işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizliklə bağlı giriş təlimatının, təkrar, plandan kənar və cari təlimatların keçirilməsi
  • Fərdi mühafizə vasitələrinin verilməsinə nəzarət
  • İşçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edilməsi
  • İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vasitələrinin və digər vasitələrinin standartlara və sahə normalarına uyğun olmasına və bu vasitələrdən istifadəsinə nəzarət edilməsi
  • Binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və SƏTƏMM qanunvericiliyinə uyğunluğunun yoxlanılması, uyğunsuzluqların aradan qaldırılması üçün təkliflərin  verməsi

Tələblər:

  • Təhsil : Ali təhsil , SƏTƏMM üzrə sertifikatların olması üstünlükdür
  • Təcrübə: Əlaqədar sahədə minimum 3-5 il
  • Dil bilikləri: Azərbaycan Dili ana dili , İngilis dili –yaxşı
  • İT üzrə biliklər: MS Office , 1 C

Texniki Bacarıqlar:

  • SƏTƏMM üzrə əmək qanunvericiliyi və texniki təhlükəsizlik 
  • Təhlükəsiz iş metodları üzrə biliklər
  • Təhlükələrin və risklərin müəyyən edilməsi 
  • Təlim və inkişaf üzrə biliklər

Səriştəlik:

  • Məsuliyyətlilik, disiplinlilik, təşkilati bacarıq
  • Problem həll etmə və əməkdaşlıq bacarıqları
  • Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
  • Prinsip və Dəyərlərə sadiqlik
  • Prosedur və qaydalara riayət etmək
  • Operativlik və İcra etmək bacarığı
  • Detallara fikir vermə

Əlavə məlumat:

  • İş yeri – Türkan qəsəbəsi əməliyyat ofisi
  • İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək
  • Nahar Şirkət tərəfindən verilir, Sınaq müddətindən sonra ailə üzvləri daxil tibbi sığorta
  • Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə.

VAKANSİYA 9

PASHA Life

Anderraytinq və təkrarsığorta şöbəsinin baş mütəxəssisi-Tibbi anderrayteri

 Son tarix 28 noy 2021

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00

Son müraciət tarixi: 28 noyabr 2021

Vəzifə Öhdəlikləri:

  • Sığorta olunanların səhhətini təhlil etmək və müvafiq yükləmə, istisna və s. tətbiq etmək
  • Qiymətləndirilən sorğuları təkrarsığortaçı ilə razılaşdırmaq;
  • Zəruri hallarda əlavə müayinələrə ehtiyacı müəyyən etmək və müştərilərlə əlaqələndirmək;
  • Anderraytinq qaydalarının tərtib edilməsində yaxından iştirak etmək;
  • Qiymətlənddirilən sorğuların qeydiyyatını aparmaq;
  • Sığorta şərtlərinin tərtib edilməsində iştirak etmək;
  • Məhsullar üzrə ərizə, təklif, şəhadətnamə və s. sənədlərin tərtib və zamanında onlara dəyişikliklər etmək;
  • Birbaşa rəhbərin göstərişinə əsasən digər vəzifələri həyata keçirmək.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Anderraytinq sahəsi üzrə 2 ilədək iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: Tibbi təhsil tələb olunur
  • Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: əla
  • Kompüter bilikləri: MS Office: orta, MS Outlook: orta, MS Excel: orta, MS PowerPoint: orta
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv.

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61

Vakansiya üçün müraciət qaydası: Namizədlər keçiddən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

VAKANSİYA 10

Millikart LLC

Proqramlaşdırma departamentinin baş mütəxəssisi

Son tarix 16 dek 2021 

Təhsil: Ali təhsilli (Kompüter elmləri, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, sistemləri və şəbəkələri, Elektronika, Telekommunikasiya və ya digər mühəndislik ixtisasları üzrə bilikləri olanlara üstünlük veriləcəkdir)

Qabiliyyət:

  • Yüksək səviyyəli məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər
  • Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti
  • İdarəetmə qabiliyyətli, məsuliyyətli və kollektivdə işləmə bacarığı

Dil bilikləri:

  • Texniki İngilis dili (daha yaxşı bilənlərə üstünlük verilir)
  • Texniki Rus dili (daha yaxşı bilənlərə üstünlük verilir)
  • Azərbaycan dilində sərbəst danışıq

Texniki tələblər:

  • Java, Python, C#, C++ programlaşdırma dillərində yüksək biliklər
  • HTML, CSS, JavaScript, Jquery – üzrə ümumi vəya nəzəri biliklər.
  • SSL sertifikatları ilə işləmə bacarığı.
  • Linux və Windows əməliyyat sistemlərində işləmə bacarığı.

Aşağıdakı texnologiyalar ilə işləmə bacarığı:

  • Spring Boot (Web, Security, Data, Test)
  • MyBatis, Hibernate (Oracle, Mysql)
  • JUnit, Mockito
  • SOAP, REST
  • GIT-VCS

Ən azı proqramist kimi  3 illik iş təcrübəsi, bank sahəsində min 1 illik təcrübə

Namizədin bilik və bacarığından asılı olaraq əmək haqqı 3000-4000 AZN arası təyin olunacaqdır.

Müraciət üçün « Proqramlaşdırma departamentinin baş mütəxəssisi» başlığı ilə CV göndərməyiniz xahiş olunur (hr@millikart.az).

VAKANSİYA 11

Para BOKT

Təcrübə proqramı

Son tarix 16 dek 2021 

Bakı, Quba, Xaçmaz, Siyəzən, Masallı, Lənkəran və Astara filialları.

Bu təcrübə proqramı iştirakçılara qazandıracaq:

  • Real iş mühiti ilə tanışlıq
  • Təcrübəçilərin öz sahəsində ixtisaslaşmış əməkdaşların rəhbərliyi altında praktiki və kredit sahəsi üzrə biliklərə yiyələnmə şansı
  • Təşkilatın təşkil etdiyi onlayn və ənənəvi təlimlərdə iştirak fürsəti
  • Təcrübə proqramını uğurla başa vuran namizədlərin təşkilatımızda işlə təmin olunması
  • Eyni zamanda, proqramı uğurla başa vuran təcrübəçilərin sertfikatla təltif olunması

Maraqlanan şəxslərin CV-lərini “təcrübə proqramı (müvafiq region yazılmaqla)” başlığı ilə göndərmələri xahiş olunur.

Qeyd edək ki yalnız tələblərə uyğun olan  namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.

fed.az