Bakı Limanı Memarlıq və İnşaat Universitetində “Liman logistikası və dəniz daşımaları” mövzusunda təlim keçirir

72

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC tərəfindən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsində yeni açılan “Logistika və nəqliyyat texnologiyaları” ixtisasında təhsil alan bir qrup tələbə, eləcə də müəllim üçün “Liman logistikası və dəniz daşımaları” mövzusunda 5 günlük təlimə start verilib. Təlimin ilk günü dəniz yolu ilə dünyada və Azərbaycanda yükdaşımaların tarixindən, dünya limanları və Bakı limanından, gəmilərin bölgüsündən və digər mövzulardan danışılıb, tələbələri maraqlandıran suallar cavablandırıb. Təlim çərçivəsində Bakı Limanına bir günlük səfər təşkil ediləcək. Sonda attestasiyadan müvəffəqiyyətlə keçənlərə sertifikat təqdim olunacaq.