“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun İstehsalat-dispetçer şöbəsinin mütəxəssisi Ramazan İslamov Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təltif edilib.
O, əmək, təhsil və ictimai fəaliyyətinə görə 2020-ci ilin Peşəkar Gənci adına layiq görülüb.
Ramazan İslamov Azərbaycan Dövlət Dəniz Akademiyasında “Prosseslərin avtomatlaşdırılması” ixtisası üzrə bakalavr təhsili alıb. O, 2017-ci ildən “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda işləyir.
Gənc həmkarımız 2016-cı ildə Aprel döyüşlərində, 2020-ci ildə Vətən müharibəsində iştirak edib. Prezident İlham Əliyevin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.




seanews.az